BAKI, 21 aprel - Sputnik. Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi 2024-cü ilin sonunda Ankara şəhərində istifadəyə veriləcək.
AZƏRTAC Azərtac xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə “Esenboğa” havalimanının yaxınlığında inşa edilən “Hıfzıssıhha-Türkiye” adlı mərkəzin ümumi sahəsi 50 min kvadratmetr olacaq.
Çoxlu sayda laboratoriyanın da yerləşəcəyi mərkəzdə birinci mərhələdə quduzluq, Hepatit A və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub. Həmçinin, bəzi genetik məhsullarla bağlı araşdırmalar aparılacaq, istehsal təşkil olunacaq.
“Hıfzıssıhha-Türkiye” mərkəzi tam gücü ilə fəaliyyətə başlayandan sonra Türkiyədəki bütün vaksinasiya proqramlarının 2028-ci ildən etibarən yerli peyvəndlər hesabına həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyədə peyvənd istehsalı 1998-ci ildə dayandırılıb, 2022-ci ildə koronavirusa qarşı hazırlanan “Turkovac”ın istehsalı ilə bərpa olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.