İDMAN

İspaniya La Liqasında növbəti “El-Klassiko” bu gün baş tutacaq

Hazırda “Real Madrid” turnir cədvəlinin lideridir, “Barselona” isə ikinci pillədə qərarlaşıb.
Sputnik
BAKI, 21 aprel - Sputnik. Aprelin 21-də futbol üzrə İspaniya La Liqasında növbəti oyunlar keçiriləcək. Bu oyunlardan ən çox gözləniləni “El-Klassiko”dur.
“Real Madrid” “Santyaqo Bernabeu” stadionunda “Barselona”nı qəbul edəcək.
Qeyd edək ki, hazırda “Kral klubu” 78 xalla turnir cədvəlinin lideridir. Ondan 8 xal geri qalan “Barselona” ikinci pillədə qərarlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.