BAKI, 20 aprel - Sputnik. Azərbaycana qaytarılan Bağanis Ayrım kəndində Ermənistan qüvvələrinin qurduğu müdafiə zonası minalardan təmizlənir.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Yerkir.am” nəşrinin baş redaktoru Vahe Sarqsyan feysbukda bildirib.
“Daxil olan məlumata görə, hazırda Bağanis [Ayrım] kəndinin müdafiə zonasında minatəmizləmə işləri aparılır”, – o qeyd edib.
Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.