BAKI, 20 aprel - Sputnik. BBu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Həmçinin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.