BAKI, 19 aprel — Sputnik. Tu-22M3 bombardmançı təyyarəsi Stavropol vilayətində qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Döyüş tapşırığını yerinə yetirdikdən sonra Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Tu-22M3" təyyarəsi qəzaya uğrayıb" – məlumatda qeyd olunub.
Axtarış qrupu tərəfindən 3 ekipaj üzvü təxliyə edilib, dördüncünün axtarışları isə davam edir.
İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin göyərtəsində heç bir sursat olmayıb. Məlumata görə, qəza dağıntıya səbəb olmayıb.
Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib ki, hava gəmisi Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb. Daha sonra o, iki pilotun tibb müəssisələrinə aparıldığını açıqlayıb. Digər pilot isə hadisə yerindən təxliyə edilib və sağdır.