BAKI, 19 aprel — Sputnik. Azərbaycanın Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə təzə xurma ixracı kəskin artıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Rusiyaya 28988 ton, Qazaxıstana 569 ton, Belarusa 195 ton təzə xurma ixrac edib. Cari ildə bu ölkələrə təzə xurma ixracında kəskin artım müşahidə edilir. Belə ki, təzə xurma ixracı illik müqayisədə Rusiyaya 1,5 dəfə, Qazaxıstana 5 dəfə, Belarusa 2,6 dəfə artıb.
Qeyd edək ki, xurmaya tələbatın olması AİB ölkələrinə ixracı artırıb.
"Xurma istehsalına maraq artıb"
Ekspertlərin fikrincə, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək. Son dövrlərdə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır.
Əsasən Rusiyaya xurma göndərilib
Qeyd edək ki, Azərbaycan xurmasının əsas ixrac bazarı Rusiya olub. Belə ki, bu ilin ilk 2 ayında Azərbaycanın ümumi təzə xurma ixracının 87%-i Rusiyanın payına düşüb. Bundan başqa, Azərbaycandan Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə də təzə xurma ixrac edilib.
Ölkədə xurma istehsalı artıb
Xatırladaq ki, xurma meyvələrindən həm təzə, həm qurudulmuş, həm də emal olunmuş halda istifadə edilir. Xurma meyvələrindən müxtəlif cemlər, mürəbbə, spirtli içkilər və s. hazırlanır.
2023-cü ildə ölkədə xurma istehsalı 2019-cu ilə nisbətən 5,6%, 2022-ci ilə nisbətən isə 1,5% artaraq 187,1 min ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.