"Yəni regionun bütün geosiyasi mənzərəsi dəyişib. Bu da Rusiya Sülməramlı Kontingentinin fəaliyyətində özünü göstərir. Rusiya sülhməramlılarının funksiyaları başa çatıb. Qarabağ hərbi xuntasının şantaj və hədələrinə uyaraq yaşayış yerlərini tərk edən Qarabağ erməniləri artıq bölgədə deyil. Çətin ki, indiki şəraitdə geri qayıtmaq istəsinlər. Nəticədə Rusiya sülhməramlılarının Qarabağda heç bir işi qalmayıb".
"Onların fəaliyyəti 10 noyabr 2020-ci il tarixli razılaşdırılmış üçtərəfli sazişdən kənara çıxmayıb. Rusiya sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərib və heç bir statusu olmayıb. Ermənistan tərəfi bunda israr etsə də, onların Azərbaycanda olması ilə bağlı heç bir hüquqi və müqavilə əsası yox idi. Lakin Bakının qətiyyətli mövqeyi sayəsində bu məsələ aradan qalxdı. 102-ci hərbi bazanın fəaliyyətinə gəlincə, bu məsələ sırf iki tərəfin - Ermənistan və Rusiyanın səlahiyyətindədir. Və bu məqamın Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə heç bir əlaqəsi yoxdur".