BAKI, 18 aprel — Sputnik. İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək həlledici mərhələyə yüksəlib.
Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.