İDMAN

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya "Bavariya"sı İspaniyada "Real Madrid"lə qarşılaşacaq.
Sputnik
BAKI, 8 may — Sputnik. Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq.
Yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya "Bavariya"sı İspaniyada "Real Madrid"lə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Münhendəki ilk görüşdə məhsuldar heç-heçə qeydə alınıb – 2:2.
***
UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.
Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-i keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq.
17.04.24
Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son iki komandanın adına aydınlıq gələcək.
Almaniya "Bavariya"sı doğma meydanda İngiltərə təmsilçisi "Arsenal"ı qəbul edəcək. Cütün ilk görüşü 2:2 hesablı bərabərliklə bitib. Matç saat 23:00-da start götürəcək.
Eyni saatda İngiltərənin turnirdəki digər təmsilçisi "Mançester Siti" İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. Komandalar arasında Madriddə baş tutan görüş heç-heçə ilə yekunlaşıb - 3:3.
Qeyd edək ki, daha əvvəl PSJ (Fransa) və "Borussiya Dortmund" (Almaniya) komandaları adlarını yarımfinala yazdırıblar.
17.04.24
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
“Barselona” evdə PSJ-ni qəbul edib və 1:4 uduzub, “Atletiko” isə səfərdə "Borussiya"nın qonağı olub və 2:4 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4
Qol: Rafinya, 14 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61, 89
Qırmızı: Arauxo, 32
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) 4:2
Qol: Brand, 34. Matsen, 39. Fyulkruq, 71. Zabitser, 74 - Mats Hummels, 49 (ö.q). Korrea, 64
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.
15.03.24
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib. İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində, həmçinin yarımfinal və finalın potensial rəqibləri bəlli olub.
1/4 final:
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Atletiko" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
PSJ (Fransa) - "Barselona" (İspaniya)
Yarımfinal:
"Atletiko" - "Borussiya" cütünün qalibi / PSJ - "Barselona" cütünün qalibi
"Arsenal" - "Bavariya" cütünün qalibi / "Real" - "Mançester Siti" cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun "Uembli" stadionunda baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.