BAKI, 16 aprel — Sputnik. Aprelin 16-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 16-da kimlər dünyaya gəlib?
Qəmbər Hüseynli (1916 – 1961) - Azərbaycan SSR əməkdar incəsənət xadimi və bəstəkardır. O, məşhur "Cücələrim" uşaq mahnısının müəllifidir.
Qəmbər Hüseynli
© Photo : Public Domen
Ramiz Mirişli (1934-2015) - Azərbaycan SSR xalq artisti və bəstəkardır. Onun ən məşhur mahnıları "Gülsarə", "Salam, Kür çayı", "Səni tapdım", "Bayram axşamları" musiqiləridir.
Ramiz Mirişli
© Photo : Public Domen
Çarli Çaplin (1889-1977) – ABŞ və İngiltərə aktyoru, kinorejissoru və bəstəkardır. O, universal kino ustası və dünya kinosunun ən məşhur obrazlarından birinin - Çarli obrazının yaradıcısıdır.
Çarli Çaplin
© AP Photo
Henri Mançini (1924-1994) - amerikalı dirijor və kino bəstəkarıdır. O, 500-ə yaxın film və televiziya serialına musiqi yazıb, 90 albom buraxıb və bəstələdiyi musiqiyə görə dörd "Oskar" mükafatı alıb.
Aprelin 16-da dünyada baş verən tarixi hadisələr
1618-ci ildə ingilis alimi və həkimi Vilyam Harvey ilk dəfə insan orqanizmində qan dövranı sisteminə dair yeni fikrini irəli sürüb.
Qan
© AFP 2024 / ISSOUF SANOGO
1964-cü ildə amerikalı pilot Ceraldine Mok Qərbi Almaniyaya eniş edərək dünya ətrafında uçan ilk qadın olub.
2014-cü ildə Bakıda Milli Gimnastika Arenasının açılışı olub. Kompleks doqquz min yer üçün nəzərdə tutulub. Arenada bədii gimnastika, kişilər arasında bədii gimnastika və akrobatika üzrə komandalar məşq edirlər.
2014-cü ildə Cənubi Koreyanın "Sevol" bərəsi Cənubi Koreyanın cənub-qərb sahillərində qəzaya uğrayıb. Qəza zamanı bərədə 476 nəfər olub. Sərnişinlərin əksəriyyəti Ceju kurort adasına səyahət edən tələbələr olub. Qəza nəticəsində ölənlərin sayı 304 nəfər təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.