BAKI, 16 aprel — Sputnik. Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.
Alimlər COVID-19-un psixi sağlamlıq üçün yeni təhlükəsini müəyyən ediblər.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində naməlum virus aşkarlanıb. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlanıb. 2020-ci ilin martından etibarən isə COVID-19 virusu Azərbaycana da ayaq açıb və qısa müddətdə də ölkədə pandemiya rejimi elan edilib.
ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.