BAKI, 15 aprel — Sputnik. "COP29-un veb saytı - https://cop29.az/ bu həftə istifadəyə veriləcək".
Bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib.
O qeyd edib ki, saytdan konfrans ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq. COP29-da iştirak edəcək qonaqlar üçün bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək.
"COP29 ilə bağlı könüllülük proqramı tezliklə elan ediləcək", - o çıxışı zamanı qeyd edib.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.