SƏHİYYƏ

Ətdən imtina beyini məhv edir

Nutirisoloq İvin fikrincə, vegetarianlıq təkcə zülal çatışmazlığına yol açmır, həm də beyinə zərər verə bilir.
Sputnik
BAKI, 14 aprel — Sputnik. Nutrisoloq və pəhrizlər haqqında kitabların müəllifi Corciya İv deyir ki, ət yemək psixi və fiziki sağlamlıq üçün çox vacibdir. O, KIRO News Radio-ya verdiyi müsahibədə ətdən imtinanın beyinə dağıdıcı təsir göstərdiyini bildirib.
İvin fikrincə, vegetarianlıq təkcə zülal çatışmazlığına yol açmır, həm də beyinə zərər verə bilir.
“Söhbət təkcə zülaldan da deyil, ətin tərkibində olan bütün digər qidalardan gedir. Vegan və vegetarian pəhrizlər diqqətli pəhriz planlaması ilə bir insanı lazımi miqdarda proteinlə təmin edə bilər" - deyən həkim mərcimək və brokolini zülal mənbəyi kimi təklif edib.
Bununla yanaşı, İvin qeyd etdiyi kimi, yalnız ətdə insan orqanizmi üçün lazım olan bütün qida maddələri - vitamin B12, omeqa-3 yağ turşuları, sink, xolin, dəmir və yod var.
"Bu, həm də şəkər və insulin səviyyələri üçün ən təhlükəsiz qidadır" - İv əlavə edib.