BAKI, 13 aprel — Sputnik. Elm adamları bitkilərin kəsilərkən və ya rütubətsizlikdən "qışqırdığını" müəyyən ediblər.
"Science Alert" bu barədə xəbər verib.
Təcrübə çərçivəsində pomidor və tütün bitkilərinin gövdələri kəsilərək səs keçirməyən akustik kameraya yerləşdiriliblər. Mütəxəssislər xüsusi avadanlıqdan istifadə edərək, bitkilərin stres altında olduqları zaman insan qulağına tamamilə eşidilməyən ultrasəs tezliklərində çırtma və ya çınqıl səsləri "yaratdığını" aşkar ediblər. Lakin elm adamları bitkilərin bu səs-küyü tam olaraq necə yaratdığını hələ də anlaya bilməyiblər.
Bundan əvvəl Arktika və Antarktika Tədqiqat İnstitutunun alimləri Rusiya Elmlər Akademiyasının Aqrofizika Tədqiqat İnstitutunun və Tibbi və Bioloji Problemlər İnstitutunun əməkdaşları ilə birlikdə "Vostok" stansiyasında – planetin ən soyuq nöqtəsində ilk dəfə xiyar məhsulu əldə ediblər.