BAKI, 11 aprel — Sputnik. ABŞ Milli Aerokosmik Administrasiyasının (NASA) əməkdaşları Ağ Evdən "standart Ay vaxtını" formalaşdırmaq tapşırığını alıblar. İşlər 2024-cü ildə başa çatdırılmalıdır.
Bu barədə ABŞ administrasiyasının saytında sənəd dərc olunub.
Təşəbbüs kommersiya layihələri və Ayın kəşfiyyatına marağın artması səbəbindən aktuallaşıb. Ağ Evin fikrincə, vaxt barədə məlumatlı olmaq tədqiqat, iqtisadi inkişaf və beynəlxalq qarşılıqlı fəaliyyət üçün vacibdir.
Sənədin mətnində deyilir: "Bu, ABŞ-ın kosmosda liderliyi üçün əsas yaradır".
2026-cı ilin sonuna qədər işləri federal idarələr həyata keçirəcək. Onların arasında Ticarət, Müdafiə, Nəqliyyat nazirlikləri və Dövlət Departamenti var. Onlar kosmik vaxt üçün standart hazırlayacaqlar.
NASA mütəxəssisləri bu ilin sonuna qədər bu vəzifə haqqında hesabat verməlidirlər. Onlar ayın vaxtını koordinasiya etməlidirlər.
Daha əvvəl NASA alimlərinin texnologiya və tikinti şirkətləri ilə fəal əməkdaşlıq etdiyi bildirilmişdi. Onlar yaxın on il yarım ərzində Ayda yerləşdirilməsi planlaşdırılan yaşayış binalarının prototiplərini hazırlamaq niyyətindədirlər.