BAKI, 9 aprel — Sputnik. Qırğız Respublikasının prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycanda dövlət səfərində olacaq. Bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra məlumat verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Bakıda yazıçı Çingiz Aytmatovun abidəsinin təntənəli açılış mərasimi keçiriləcək. Açılışın Qırğızıstan və Azərbaycanın mədəniyyətlərarası günləri çərçivəsində keçirilməsi planlaşdırılır.
Açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.