İDMAN

Nicat Abasov: Heç-heçə yaxşı nəticədir

İddiaçılar Turnirinin I turunda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edən Azərbaycan şahmatçısı Nicat Abasov bunu yaxşı nəticə adlandırıb.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Heç-heçə mənim üçün yaxşı nəticədir.
Bunu Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin I turunda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edən Azərbaycan şahmatçısı Nicat Abasov deyib.
28 yaşlı qrossmeyster rəqibinin belə oyun sərgiləyəcəyini gözləmədiyini söyləyib: "Məqsədim onu möhkəm saxlamaq idi. Bu, ilk qarşılaşmadır, kəskin və dinamik oynamaq istəmirdim".
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.