RUSİYA

Zaxarova: Makron Kiyevi terror aktları üçün vəsaitlə təmin edir

Fransa prezidenti "hər yarım gündən bir" fikrini dəyişir. Zaxarova əlavə edib ki, hətta Makronun yaxın ətrafı da onun nədən danışdığını başa düşə bilmir.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Fransa lideri Emmanuel Makron Ukraynanı yeni terror aktları törətmək üçün vasitələrlə təmin etməyə davam edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Əgər kimsə deyirsə ki, terrorizmlə mübarizə aparmaq lazımdır <...>, necə ola bilər ki, o, elə həmin gün və ya ertəsi gün <...> Kiyev rejiminə təkcə humanitar deyil, hərbi yardım ayrıldığını bəyan edir? Bu, artıq terror aktları törətmiş şəxslərin onları gələcəkdə də həyata keçirmək üçün texniki imkanlarla təchiz edilməsi deməkdir" - o, "Tsarqrad" telekanalına müsahibəsində bildirib.

Diplomat vurğulayıb ki, Fransa prezidenti "hər yarım gündən bir" fikrini dəyişir. Zaxarova əlavə edib ki, hətta Makronun yaxın ətrafı da onun nədən danışdığını başa düşə bilmir.
Xatırladaq ki, Fransa lideri "Krokus Siti Holl"da baş vermiş terror aktından sonra Rusiya Federasiyasına terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyi təklif etmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bu yolda qarşılıqlı fəaliyyət çağırışı NATO-nun rusofob qanadı tərəfindən əngəllənib. Zaxarova aydınlaşdırıb ki, Şimali Atlantika Alyansındakı bu cür əhval-ruhiyyə "hakimiyyətləri Aİ-də qərarların qəbuluna təsir etmək imkanına malik olan" Vaşinqton və Londondan qaynaqlanır.
Makron, həmçinin iddia edib ki, Parisin "Kiyevi dəstəkləmək üçün heç bir sərhədi və ya qırmızı xətti yoxdur". O, Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib.
Zaxarova bildirib ki, Makronun Fransa hərbçilərinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatı ölkənin müttəfiqləri tərəfindən gözlənilən parçalanmasından xəbər verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.