BAKI, 3 aprel — Sputnik. Aprelin 2-də Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binada baş verən yanğının səbəbi məlum olub. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, səs izolyasiyası və dekorun yenilənməsi işləri aparılarkən qaynaq zamanı qaz xəttində partlayış olub. Partlayış isə yanğına səbəb olub.
Xatırladaq ki, partlayış çoxmərtəbəli binada yerləşən gecə klubunda baş verib. Hadisə nəticəsində 29 nəfər ölüb, 1 nəfər yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın barədə ölkənin daxili işlər naziri Ali Yerlikayaya zəng edib. Bildirilib ki, nazir R.T.Ərdoğana hadisənin nəticələri barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.