CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 aprel – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Aprelin 3-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 3-də kimlər dünyaya gəlib?
Heydər Hüseynov (1908-1950) - Azərbaycan alimi, fəlsəfə elmləri doktoru və professordur. O, azərbaycan-rus və rus-azərbaycan lüğətlərinin redaktorlarından biri olub.
Heydər Hüseynov
Marlon Brando (1924-2004) - amerikalı kinoaktyordur. O, 60 illik karyerası ərzində müxtəlif mükafatlara, o cümlədən "Oskar", "Qızıl Qlobus", Kann Film Festivalı mükafatına və Britaniya Film Akademiyasının üç mükafatına layiq görülüb. Marlon Stanislavskinin sistemini və aktyorluq metodunu geniş auditoriyaya ilk təqdim edənlərdən biri olub.
Marlon Brando
Mark Rozovski (1937) - Sovet və Rusiya teatr rejissoru, bəstəkarı və RF xalq artistidir. O, "Nikitski qapıları önündə" teatrının bədii rəhbəridir. Mark "Amerika Puşkin Akademiyası"nın akademikidir.
Mark Rozovski
Alek Bolduin (1958) amerikalı kino aktyoru, rejissor və yazıçıdır. O, "Qızıl Qlobus" və "Emmi" mükafatlarının laureatıdır.
Alek Bolduin
Eddi Mörfi (1961) - amerikalı aktyor, prodüser, rejissor və müğənnidir. O, 1980-1990-cı illərin ən məşhur komediya aktyorlarından biridir. Eddi "Yerdəyişmə", "Bumeranq", "Doktor Dulittl", "Vampir Bruklində", "Ağlı çaşmış professor" və s. filmlərdə rol alıb.
Eddi Mörfi
Aprelin 3-də dünyada baş verən tarixi hadisələr
1829-cu ildə ingilis Ceyms Karrinqton qəhvə dənələrinin üyüdülməsi üçün nəzərdə tutulmuş cihazı patentləşdirib.
1879-cu ildə Sofiya Bolqarıstanın paytaxtı elan edilib.
1885-ci ildə alman ixtiraçısı Qotlib Daymler ilk yarı at gücünə malik mühərriki üçün patent alıb.
1976-cı ildə Fransada kino sahəsində nailiyyətlərə görə ilk "Sezar" mükafatlarının təqdimetmə mərasimi keçirilib.
2017-ci ildə Sankt-Peterburq metropolitenində terror aktı baş verib. Terror aktı nəticəsində 16 nəfər həlak olub, 87 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.