DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada yüzlərlə müəllim və təhsil işçisi etiraz aksiyası keçirir

Həmkarlar ittifaqları sabiq milli təhsil naziri Qabriel Attalın ötən ilin dekabrında elan etdiyi tədbirlərə, xüsusən də kollecdə səviyyəli qrupların yaradılmasına, yəni şagirdlərin çeşidlənməsi yolu ilə siniflərin təşkilinə etiraz edirlər.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Parisdə yüzlərlə müəllim və təhsil işçisi Fransa hökumətinin elan etdiyi "bilik şoku" (choc des savoirs) islahatlarına qarşı nümayiş keçirərək narazılıqlarını ifadə ediblər.
Bir neçə siyasi xadimin və üsyankar deputatların da qatıldığı nümayişdə "bilik şokuna yox", "Blanke cəhənnəm idi, Attal öldürücü olacaq" şüarları səsləndirilib.
Müəllimlərin geniş miqyaslı səfərbərliyi xoşagəlməz islahatlara və iş şəraitinin pisləşməsinə etiraz etmək üçün bir neçə həmkarlar ittifaqı tərəfindən milli səviyyədə başlayıb. Bir sıra həmkarlar ittifaqlarının da dəstəklədiyi Nümayiş və əsasən orta məktəb müəllimlərinin həmkarlar ittifaqı olan "Snes-FSU"nun təşəbbüsü ilə keçirilib.
Həmkarlar ittifaqları sabiq milli təhsil naziri Qabriel Attalın ötən ilin dekabrında elan etdiyi tədbirlərə, xüsusən də kollecdə səviyyəli qrupların yaradılmasına, yəni şagirdlərin çeşidlənməsi yolu ilə siniflərin təşkilinə etiraz edirlər. Onlar "çeşidləmə" kimi qəbul edilən qeyri-bərabər yanaşmanı pisləyir və bu islahatın effektiv həyata keçirilməsi üçün lazımi resursların olmadığını vurğulayırlar.
Bundan əlavə, müəllimlər maaşların və dövlət məktəbləri üçün resursların artırılmasını tələb edirlər.

"Bizim bütün tələbələrimizə fərq qoymadan keyfiyyətli təhsil vermək üçün adekvat dəstəyə ehtiyacımız var", - həmkarlar ittifaqlarının bəyanatda qeyd olunur.

Etirazlar Paris, Lion və Marsel kimi böyük şəhərlər də daxil olmaqla, bütün Fransaya yayılıb. Aksiyaları "Snes-FSU" saytında real vaxt rejimində izləmək olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.