"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən bildirilib.
"Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb. Məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar. Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilmiş və evə buraxılıblar. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir", - Agentlikdən bildirilib.
"Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".