"Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək" - Koçi yazıb.
"İranın İsraillə problemləri var, ancaq bunu diplomatiya yolu həll etmək olar. Nədən üçüncü bir ölkə bu prosesə cəlb olunmağa çalışılır? Ötən ilin fevralında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu İranın radikal dairələri üçün dərs olmadımı? Bir ildən artıqdır ki, Azərbaycanın Tehrandakı səfirliyi bağlanıb və İran tərəfi vaxtaşırı səfirliyin açılmasını xahiş edir. Bu cür çıxışlar yolverilməzdir. Hesab edirəm ki, İranın parlament rəhbərliyi və müvafiq dairələri buna reaksiya verməlidirlər".
"Bu həm vətəndaşlarımıza, həm də xarici ölkənin nümayəndəliklərinə aiddir. Onlara qarşı hər hansı bir təhdididn mümkün olması qeyri-mümkündür. Təhlükəsizlik sistemimizin yüksək səviyyədə olması bütün bunları istisna edir. İranın israillə problemləri öz işidir. Azərbaycanın İsraillə normal münasibətləri var və əgər İran arzu edərsə, Azərbaycanın İranın İsraillə münasibətlərində vasitəçi ola bilər".