“Aİ-nin Ermənistandakı missiyası Qərbin səyləri ilə mahiyyətcə NATO missiyasına çevrilir, bloka müəyyən tələb nümayiş etdirmək üçün ona üzv olan ölkələrin liderləri anti-Rusiya isteriyasını qızışdırır, ölkəmizlə hərbi münaqişəyə görə, aşkar iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə külli miqdarda vəsait yatırmağa hazırlıqlara çağırırlar. Amma onlar (hərbi sənaye kompleksinə - red.) pul qoymurlar, Ermənistanı hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırırlar”, - Zaxarova brifinqdə qeyd edib.
"Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Sözügedən missiya regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur", - XİN-dən vurğulanıb.