DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İraq və Türkiyə PKK-ya qarşı birgə mübarizə aparacaqlar - Mənbə

İraq Türkiyəyə təhlükəsizlik memorandumunun layihəsini təqdim edəcək.
Sputnik
BAKI, 1 aprel - Sputnik. İraq Türkiyəyə sərhəd təhlükəsizliyi və rəsmi Ankaranın terrorçu kimi qadağan etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı mübarizə ilə bağlı memorandum layihəsi təqdim edəcək. Bu barədə RİA Novosti İhlas Agentliyinə istinadən yazıb.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara apreldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri üçün təhlükəsizlik məsələləri də daxil olmaqla İraqla “çərçivə sazişi”nin imzalanmasını hazırlamağı gözləyir.
Onun sözlərinə görə, Ankara Bağdadın terror ünsürlərinə qarşı birgə mübarizə vədini alıb və İraq tərəfinin PKK-nı terror təşkilatı kimi tanıyacağını gözləyir.

“Türkiyə ilə İraq arasında yaradılmış Birgə Daimi Komitənin İraqlı səlahiyyətlisi verdiyi açıqlamada, sərhəd təhlükəsizliyi və terror təşkilatı PKK ilə mübarizə də daxil olmaqla sərhəd təhlükəsizliyinə dair anlaşma memorandumu layihəsinin tamamlandığını və Türkiyəyə təqdim ediləcəyini bildirib” - nəşr yazır.

Hakan Fidan, arxiv şəkli
Fidan martın 14-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının müşayiəti ilə yüksək səviyyəli təhlükəsizlik heyətinin tərkibində İraqın paytaxtı Bağdada səfər edib.
Bundan əvvəl Türkiyənin “Hürriyet” qəzeti bu ölkənin Silahlı Qüvvələrinin İraqın şimalında PKK yaraqlılarına qarşı genişmiqyaslı quru hərbi əməliyyat keçirməyi gözlədiyini və Bağdad administrasiyası ilə razılıq əldə edildiyini yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.