BAKI, 1 aprel — Sputnik. Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək.
Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata görə, bu gündən başlayaraq, ayın hər günündə rəsmi oyun keçiriləcək.
Bu da ölkə futbolu tarixində mütləq rekorddur. Aprelin 12 günündə Premyer Liqanın, 13 günündə Əvəzedicilər Liqasının matçı baş tutacaq. Kubok görüşləri üç fərqli gündə olacaq. I Liqa oyunları 9, II Liqa matçları 12 günü əhatə edəcək.
Ayın 13 günündə yalnız bir turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə iki yarışda oyunlar keçiriləcək.
Aprelin 3-də və 29-da üç fərqli turnirin görüşləri təşkil olunacaq.
Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi, aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq.
Seriya mayın ilk günlərinə planlaşdırılan I Liqa oyunları ilə uzana da bilər.
Aprel ayının təqvimi:
1. II Liqa, Əvəzedicilər
2. Azərbaycan Kuboku, II Liqa
3. Azərbaycan Kuboku, I Liqa, II Liqa
4. I Liqa
5. Premyer Liqa, I Liqa
6. Premyer Liqa, Əvəzedicilər
7. Premyer Liqa, Əvəzedicilər
8. II Liqa, Əvəzedicilər
9. II Liqa
10. I Liqa
11. I Liqa
12. Premyer Liqa
13. Premyer Liqa, Əvəzedicilər
14. Premyer Liqa, Əvəzedicilər
15. II Liqa, Əvəzedicilər
16. II Liqa
17. I Liqa
18. I Liqa, II Liqa
19. Premyer Liqa
20. Premyer Liqa, Əvəzedicilər
21. Premyer Liqa, Əvəzedicilər
22. II Liqa, Əvəzedicilər
23. II Liqa
24. Azərbaycan Kuboku
25. I Liqa
26. I Liqa
27. Premyer Liqa
28. Premyer Liqa, Əvəzedicilər
29. Premyer Liqa, II Liqa, Əvəzedicilər
30. II Liqa, Əvəzedicilər