RUSİYA

Səfir: ABŞ Ermənistanla münasibətləri Rusiya ilə qarşıdurma prizmasından nəzərdən keçirir

Diplomatın sözlərinə görə, bu, təhlükəlidir və İrəvanın kifayət qədər siyasi iradəsi olmadığı təqdirdə Rusiya-Ermənistan münasibətlərinə xələl gətirə bilər.
Sputnik
BAKI, 29 mart - Sputnik. ABŞ Ermənistanla münasibətləri Rusiya ilə qarşıdurma prizmasından nəzərdən keçirir ki, bu da çox təhlükəlidir.
Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "24News" portalına deyib.
"Təəssüf ki, münasibətlərimiz daha geniş qarşıdurmanın obyektinə çevrilir və bunu ABŞ gizlətmir. Onlar Ermənistanla münasibətləri məhz Rusiya və İranla qarşıdurma prizmasından nəzərdən keçirdiklərini açıq şəkildə deyirlər" - səfir qeyd edib.
Diplomatın sözlərinə görə, bu, təhlükəlidir və İrəvanın kifayət qədər siyasi iradəsi olmadığı təqdirdə Rusiya-Ermənistan münasibətlərinə xələl gətirə bilər.
Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Moskva İrəvanla Ermənistanda Rusiya telekanallarının mümkün bağlanması məsələsini müzakirə edir.
RUSİYA
Ermənistan rəsmiləri Avropa İttifaqına daha çox bel bağlamaq lazım gəldiyini deyirlər