BAKI, 27 mart — Sputnik. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.
Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində xəsarət alanların sayı 360-a yüksəlib. Bu barədə Fəlakətlər səhiyyəsi mərkəsindən bildirilib. Məlumatda qeyd olunub ki, xəsarət alanlardan 11-i uşaqdır.
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.
Terror aktı nəticəsində 139 nəfər ölüb, 360 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.