"Crocus City"də terror aktı

Tacikistan Rusiya ilə birlikdə terrorizmə qarşı mübarizə aparacaq - Baş nazir

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Sputnik
BAKI, 25 mart - Sputnik. Tacikistan beynəlxalq terrorizmə qarşıdır və bu sahədə Rusiya ilə birgə mübarizə aparmaq niyyətindədir. RİA Novosti-nin xəbərinə görə, belə bir bəyanatla Tacikistanın Baş naziri Kohir Rəsulzoda çıxış edib.
Qeyd olunur ki, baş nazir Moskva vilayətində baş verən terror aktından sonra Rusiyanın Düşənbədəki səfirliyində başsağlığı kitabına yazı buraxan ilk şəxs olub.

“Tacikistan bütün təzahürlərində beynəlxalq terrorizmə qəti şəkildə qarşı çıxır və Rusiya, habelə dünya birliyi ilə birlikdə bu bəlaya qarşı barışmaz mübarizə aparmağa davam edəcək. Biz çoxmillətli Rusiya xalqı ilə bu əvəzedilməz itkinin kədərini bölüşürük və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - deyə Baş nazir qeyd edib.

“Crocus City Hall” konsert zalında terror aktı
O, Krasnoqorskda baş verənləri dəhşətli terror aktı adlandırıb.
Xatırladaq ki, martın 22-də Crocus City Hall-da “Piknik” qrupunun konsertinə gəlmiş tamaşaçıları güllələyən və daha sonra konsert zalında yanğın törədən terrorçuların qurbanları 137 nəfər olub, daha 180 nəfər yaralanıb və yanıq xəsarətləri alıb.
Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
"Crocus City"də terror aktı
Türkiyə kəşfiyyatı "Crocus"dan sonra növbəti terror aktının olacağını Rusiyaya xəbər verib