BAKI, 23 mart — Sputnik. Böyük Britaniyanın Oksford Universitetinin alimləri ürək çatışmazlığından ölüm riski yüksək olan insanları müəyyən etmək üçün yeni üsul hazırlayıblar. Rusiya mediasının yaydığı xəbərə görə, onlar bunun üçün qan analizindən istifadə etməyi təklif ediblər.
Tədqiqatda alimlər müxtəlif dərəcələrdə ürək çatışmazlığı olan 800-dən çox insanın səhhətinə dair məlumatlarını təhlil ediblər. Xəstələrdən qan nümunələri götürülüb, qan təzyiqi ölçülüb və exokardioqramma (EKQ) müayinələri aparılıb.
Alimlər diqqəti neyropeptid Y (NPY) adlı zülal üzərində cəmləyiblər. Bu zülalın yüksək səviyyədə olduğu insanların üç il ərzində infarktdan ölmə riski digərlərinə nisbətən 50% daha yüksək olub.
Neyropeptid Y - stres hormonudur. Onu ürək-damar sisteminin neyronlarında aşkar ediblər. Alimlər hesab edirlər ki, orqanizm həddindən artıq stresə cavab olaraq onu ifraz etməyə başlayır.
Hormon ürək ritminin pozulmasına səbəb ola bilər və ürək əzələsində kiçik qan damarlarının bağlanmasına gətirib çıxara bilər. Nəticədə ürək artan yükü hiss etməyə başlayır.
"The Independent" xəbər verir ki, alimlər fikrincə yeni üsul risk altında olan insanları əvvəlcədən müəyyən etməyə və vaxtında müalicə etməyə imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.