"Crocus City"də terror aktı

Milli Məclisin sədri RF Federasiya Şurası və Dövlət Dumasının sədrlərinə başsağlığı verib

Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. Martın 24-ü ümummilli matəm olunub.
Sputnik
BAKI, 23 mart - Sputnik. Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri Crocus City Hall konsert zalında baş vermiş dəhşətli terror aktı nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib.
Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, bu hadisə ilə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Martın 22-si cümə günü axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl baş verən atışma və yanğın qurbanlarının xatirəsi üçün ümummilli matəm elan olunub.
Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, hadisə nəticəsində 115 nəfər ölüb.
Rusiya prezidenti Vladimir Putin martın 24-ü Crocus City Hall-da baş vermiş terror aktı nəticəsində həlak olanlar üçün Rusiyada milli matəm günü elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.