"Crocus City"də terror aktı

Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verib

Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb.
Sputnik
BAKI, 23 mart - Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.
Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.
Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.