BAKI, 22 mart — Sputnik. NATO qoşunları artıq Ukraynadadır. Onlar Kiyevə verilən silahlara nəzarət edir, kəşfiyyat və təlim əməliyyatları aparırlar.
Bu barədə "El Pais" qəzeti yazıb.
Jurnalistlər iddia edirlər ki, alyansın hərbçiləri guya birbaşa döyüş əməliyyatlarında iştirak etmirlər.
Son iki ildə qəzet çoxsaylı Ukrayna və Avropa hərbi mənbələrindən müsahibə alıb. Onlar bildiriblər ki, NATO ölkələrinin təmas xəttindəki vəziyyət barədə məlumat vermək və tədarük edilən silahların effektivliyini müəyyən etmək üçün yerlərdə məlumat verən şəxsləri var.
Materialda o da deyilir ki, qeyri-rəsmi məlumat verənlər arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində, guya könüllü olaraq döyüşlərdə iştirak edən təqaüdə çıxmış əcnəbi hərbçilər var.
Xatırladaq ki, bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın Ukraynaya öz ordusunu göndərmək niyyətində olmadığını iddia etmiş və Fransa Prezidenti Emmanuel Makrona blokla mühüm məsələlərdə məsləhətləşməyi tövsiyə etmişdi.