“Rusiya Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Ötən il Azərbaycana səfər edən xarici turistlər arasında ilk yeri məhz Rusiya Federasiyasının vətəndaşları tutub. Belə ki, 40 faiz artımla 624 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Rusiya vətəndaşlarının xarici ölkələrə etdikləri səfərlər arasında da ilk yeri Azərbaycan vətəndaşları tutur. Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayını daha da artırmağı planlaşdırırıq”, - deyə o bildirib.
“Azad olunmuş ərazilərimiz dünya üçün yeni formalaşan disseminasiyadır. Bu ərazilərdə rekord sürətlə infrastruktur, o cümlədən turizm infrastrukturu yaradılır. Cari ildən etibarən azad edilmiş ərazilərə xarici turistlərin səfərləri təşkil olunur. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da işğaldan azad edilmiş ərazilərə turistləri cəlb etməyə başlamışıq. Biz görürük ki, sərgilərdə, beynəlxalq tədbirlərdə bu ərazilərə maraq böyükdür. Azərbaycanın Qarabağ İqtisadi Zonasının güclü turizm potensialı var. Orada müxtəlif turizm xidmətləri, o cümlədən yay turizmi, qastroturizm, qış turizmi ilə bağlı xidmətlər yaradılacaq ki, bütün ölkələrdən gələn turistlər bizim Qarabağımızı və Şərqi Zəngəzurumuzu görsünlər və bəyənsinlər”.