DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər elektromobil və ya skuterdən elektrik cərəyanı vurma ehtimalını araşdırıblar

Elektrikli skuter və velosiped akkumulyatorlarının zədələrə qarşı etibarlı müdafiəsi yoxdur
Sputnik
BAKI, 15 mart — Sputnik. Bostondakı Şimal-Qərb Universitetinin (NEU) amerikalı alimləri elektromobildən və ya elektriklə çaışan digər nəqliyyat vasitələrindən elektrik cərəyanı vurması risklərini qiymətləndiriblər. Araşdırma "NEU"nun rəsmi saytında dərc edilib.
NEU-nun Kimya Mühəndisliyi Departamentinin kimya professoru Sanjiv Mukerdjinin sözlərinə görə, məşhur elektromobil modelləri qəza və digər hadisələr zamanı akkumulyatorları söndürən etibarlı qoruma ilə təchiz olunublar.
Elektrik maşını tamamilə suyun altına düşsə belə, həm içəridə olan insanlar, həm də onların köməyinə gələn xilasedicilər üçün elektrik cərəyanı vurması baxımından təhlükəsiz qalmalıdır. Lakin bu, elektrik avtomobilinin akkumulyator bölməsinin hermetik şəkildə bağlandığı və qəza nəticəsində bu möhürün qırılmadığı vəziyyətlər üçün keçərlidir.
Elektirk skuteri, arxiv
Elektrik skuterləri və elektrik velosipedləri ilə bağlı vəziyyət əksinədir. Belə ki, bu nəqliyyat vasitələri batareyaların zədələnmədən yaxşı qorunmasına malik deyillər. Nəticədə, sadəcə yağış altında küçədə islanaraq istifadəçi insanı cərəyanla vura bilərlər.
Professor Mukedrji əlavə edib ki, fövqəladə hallar işçilərinin insanları elektrik maşınlarından xilas etmək üçün daha çox təlimə ehtiyacları var. Qabaqcıl təlim elektromobilin akkumulyatorunun yerini müəyyən etmək, onun vəziyyətini qiymətləndirmək və batareyaya zərər verə biləcək hərəkətlərin qarşısını almaq bacarıqlarını əhatə etməlidir.
Əvvəllər elektromobili günəşdəki partlayışlardan qoruyan örtük satışa çıxarılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.