BAKI, 20 mart - Sputnik. 2003-cü il martın 20-də ABŞ və müttəfiqləri Bağdadın bioloji silaha sahib olduğunu bəhanə edərək “İraqın Azadlığı” hərbi əməliyyatına başlayıblar. Onların məqsədi Səddam Hüseynin hakimiyyətini devirmək idi.
Əməliyyatın aktiv mərhələsi 26 gün boyunca davam edib.
Maya qədər koalisiya ölkəni faktiki olaraq ələ keçirərək, ərazisini bir neçə işğal zonasına bölüb.
İşğaldan 7 il sonra isə ABŞ ölkəni dağıntı və vətəndaş müharibəsi ilə birgə geridə qoyaraq tərk etmək məcburiyyətində qalıb.
Daha sonra BMT müfəttişləri belə qənaətə gəliblər ki, həmçinin Səddam Hüseynin Əl-Qaidə ilə heç bir əlaqəsi olmadığı kimi, Bağdadın da bioloji silah proqramları olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.