Deyimlərə görə, digər şirniyyatlarla müqayisədə şəkərburanı bişirmək daha çətindir. Bayram ərəfəsində ətrafdakı bütün evdar xanımlar kövrək xəmirin qurumaması və onu düzgün hazırlamaq üçün bir yerə toplaşırlar. Xanımlardan biri xəmiri açır, ikincisi ora qozlu-fındıqlı içliyi doldurur, üçüncüsü kənarlarını bükür, dördüncüsü isə şəkərburanı naxışla bəzəyir.
Şəkərbura formasına görə təzə aya bənzəyir və ayı simvolizə edir.
Sputnik Azərbaycan Bakı qəsəbələrindən birinə gedərək bu şirniyyat növünün bişirilmə prosesini izləyib.