İDMAN

"Qarabağ" Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. "Neftçi" bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.
Sputnik
BAKI, 18 mart - Sputnik. "Qarabağ" Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.
Peşəkar Futbol Liqasının məlumatına əsasən, bu, ölkə çempionatları tarixində son 25 ilin və XXI əsrin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt "Kəpəz" 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. "Neftçi" bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.
17.03.24, 23:46
“Qarabağ” UEFA reytinqində neçənci yerdədir
Avropa Liqasının 1/8 final mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb. Siyahıda Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Son çempion “Qarabağ” 57-58-ci yerləri bölüşür.
“Köhlən atlar” İspaniyanın “Betis” klubu ilə eyni xala malikdir. Hər iki komandanın hesabında 33,000 xal var.
Əlavə göstəricilərə görə Sevilya təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.