AZƏRBAYCAN XƏBƏRLƏRİ

NATO Baş katibinin Azərbaycan səfəri başa çatıb

NATO-nun rəsmi saytının yazdığına görə, Stoltenberq Bakıdan sonra martın 18-də Gürcüstana, 19-da isə Ermənistana səfər edəcək.
Sputnik
BAKI, 18 mart - Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri martın 18-də başa çatıb.
Azərbaycanın və hərbi ittifaqın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, NATO Baş katibinin Azərbaycana səfəri martın 17-də başlayıb.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
Onlar mətbuata bəyanatla çıxış ediblər.
NATO-nun rəsmi saytının yazdığına görə, Stoltenberq Bakıdan sonra martın 18-də Gürcüstana, 19-da isə Ermənistana səfər edəcək.
17.03.24, 18:51
NATO Baş katibinin Qafqaza səfəri başlayıb
NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.
Bu barədə Alyansın X hesabında paylaşım edilib.
Qeyd edilib ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.
Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.