BAKI, 17 mart - Sputnik. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli səsvermə davam edir.
Əvvəl də bildirildiyi kimi, səfirlik mobilliyi az olanlara da səsvermə hüququnun həyata keçirilməsi üçün şərait yaradır.
Rusiyanın Azərbaycandakı səfirliyi keçmiş voleybolçu Elen Həsənovaya da baş çəkərək onun prezident seçkilərində səs verməsinə şərait yaradıb.
Keçmiş idmançı 1-ci qrup əlil olduğundan o, səyyar səsvermə qutusu vasitəsilə səsvermədə iştirak edib.
Qeyd edək ki, Azərbaycan tərəfi Gəncə şəhərində və Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin bazasında seçkilərdən bir neçə gün əvvəl erkən səsvermənin təşkilinə kömək edib.
Rusiyanın Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.