Rusiyada prezident seçkiləri

Rusiyanın Bakıdakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib

Seçki məntəqəsi səsvermə üçün Bakı vaxtı ilə saat 20:00-da bağlanıb.
Sputnik
BAKI, 17 mart - Sputnik. Bakıda Rusiya prezidenti seçkilərində seçki məntəqəsi bağlanıb və səsvermə bitib. Daha sonra səslərin hesablanması başlayacaq.
***
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli vaxtla saat 08:00-da səsvermə başlayıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycandakı rusiyalıları RF prezidenti seçkilərində səs verməyə çağırıb.

“Azərbaycan hakimiyyətinə səsvermə üçün ən rahat şərait yaratdığına görə minnətdarıq” - o, Sputnik Azərbaycan bildirib.

Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyada prezident seçkiləri
Rusiyanın səfirliyindəki seçki məntəqəsi səsverməyə hazırdır - Müşavir