"Bu cür quduz və sifarişli qərarlar hətta Avropa Parlamenti üçün də artıqdır" - politoloq bildirib.
"Avropa Parlamentinin hər hansı təşəbbüs qrupunun Qarabağdakı Azərbaycan mədəni irsinin qorunması və azərbaycanlı qaçqınların geri qaytarılması tələbi ilə çıxış etdiyini eşidən varmı? Mina terrorunun pislənilməsi və bu cinayətdə əli olan ölkəyə qarşı sanksiyaların tətbiq olunduğunu eşidən varmı?" - politoloq sual verib.
“Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinib. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir. Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən əsası, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir”.