Rusiyada prezident seçkiləri

Hicran Hüseynova Rusiya liberal-demokratlarının seçki qərargahını ziyarət edib

Müşahidəçiləri qərargahda LDPR-in üzvü Viktor But qarşılayıb.
Sputnik
BAKI, 16 mart — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (LDPR) seçki müşahidə qərargahına İndoneziya və Azərbaycandan olan beynəlxalq müşahidəçilər baş çəkib. Bu barədə RİA Novosti xəbər verir.
Qərargahı digərləri ilə yanaşı İndoneziya Respublikası Xalq Nümayəndələri Şurasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Zon Fadli və Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da ziyarət ediblər. Bu barədə RİA Novosti-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Müşahidəçiləri qərargahda LDPR-in üzvü Viktor But qarşılayıb.
Qeyd edək ki, Rusiya prezident seçkilərini müşahidə edən Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq. Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlər nəzərdə tutulub.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
Rusiyada prezident seçkiləri
RF Xarici İşlər Nazirliyi Britaniyanı hədələyib