BAKI, 15 mart — Sputnik. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək. Filarmoniyadan bildirilib ki, orkestrin fəaliyyəti Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox mühüm rol oynayacaq.
Kollektivin adı aprelin 28-də Gəncədə ilk dəfə keçiriləcək konsertdə açıqlanacaq. Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ilib noyabr ayının 23-də Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.
Filarmoniyanın tərkibində "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestri fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.