Ermənistanı Qərbə şirnikləndirmək üçün atılan bu addımın qarşılığını rəsmi İrəvanın nə ilə ödəyəcəyi maraqla gözlənilir. Əslində proses çoxdan başlayıb desək yerinə düşər. Ermənistandan Rusiyanı bölgədən sıxışdırmaq üçün istifadə edən dairələrin bu balaca ölkəni son anda meydanda təkbaşına qoyacağı qazanılmış təcrübənin ifadəsidir. Qərbin dişsiz diplomatlarının şirin vədləri avrointeqrasiya yolunu tutanlara sadəcə böhranlar gətirib.
"Bunu istəyən ABŞ və Avropa İttifaqıdır. Onlar çalışır ki, sülh prosesinə mane olsunlar, sanki bu prosesin davam etməsi onların planlarına mane olur. Aydındır ki, müharibə bitib və bizim ölkəmiz post-müharibə reallıqlarını yaradıb. Azərbaycan sülh səhifəsini çevirib və normal münaüsibətlər qurulmasının tərəfdarıdır. Biz isə görürük ki, Ermənistan müstəqil siyasət yeridə bilmir, o Qərbin yedəyində gedir".
"Qərb bölgəmizdə plasdarm qazanmağa çalışır. Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi son qətnamə də bu ölkəni Rusiyadan uzqlaşdırmaq niyyətlərinə xidmət edir. Aİ Ermənistan vətəndaşları üçün viza rejimini götürmək istəyir, amma bu bir oyundur. Ermənistanı Avropa İttifaqına qəbul etmək ehtimalları sıfıra bərabərdir. Avropa Ermənistan siyasi qüvvələrini şirniklənirib, aldadır. Hazırkı məqamda Ermənistanı Avropa İttifaqına qəbul etmək ittifaqın üzvləri tərəfindən də bir mənalı qarşılanmayacaq".