RUSİYA

Zaxarovadan Avropa Parlamentinin Rusiyadakı prezident seçkiləri ilə bağlı bəyanatına cavab

Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün: 15, 16 və 17 mart tarixlərində davam edəcək.
Sputnik
BAKI, 14 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Parlamentinin Rusiyada keçirilən seçkilər ərəfəsində nə seçki prosesinin özü, nə də nəticəsi ilə bağlı şərh verməyəcəyi ilə bağlı bəyanatına cavab verib.
Zaxarova bu barədə özünün "Telegram" kanalında yazıb.
"Avropa Parlamenti rəsmi olaraq bəyan edib ki, Rusiyadakı seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Bunu hamı yadında saxladı? Mən – hə" – Zaxarova bildirib.
"İndi qoy onlar Rusiyada prezident seçkiləri haqqında bir söz deməyə çalışsınlar. O zaman hamı onların yalan danışdığını və ya ruhi xəstə olduğunu başa düşəcək" - o əlavə edib.
Xatırladaq ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün: 15, 16 və 17 mart tarixlərində davam edəcək. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı postu uğrunda mübarizə aparırlar.