CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 14 mart — Sputnik. Martın 14-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 14-də kimlər dünyaya gəlib?
Məmməd Yusif Cəfərov (1885 -1938) - Azərbaycanın siyasi və dövlət xadimi, ADR-in yaradıcılarından biridir.
Məmməd Yusif Hacıbaba oğlu Cəfərov
Anar Rzayev (1938) - Azərbaycanın xalq yazıçısı və 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. Onun ən məşhur əsərləri "Beşmərtəbəli binanın altıncı mərtəbəsi", "Ağ liman", "Oteldə otaq", "Dantenin yubileyi", "Mən, sən, o və telefon" və s-dir.
Anar Rzayev
İohan Ştraus (1825 – 1899) – avstriyalı bəstəkar, dirijor və skripkaçıdır. O, "vals kralı" kimi tanınan çoxsaylı rəqs əsərlərinin və bir neçə məşhur operettanın müəllifidir.
İohan Ştrausun heykəli
Albert Eynşteyn (1879 - 1955) - isveçrəli, alman və amerikalı nəzəriyyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biridir. O, 1921-ci ildə fizika üzrə "Nobel" mükafatı laureatı olub. Eynşteynin nisbilik nəzəriyyəsi klassik mexanikanı və Nyutonun ümumdünya cazibə qanununu əvəz edərək fizikanın əsaslarını dəyişdirib. "Time" jurnalına görə o, "XX əsrin adamı" adına layiq görülüb.
Albert Eynşteyn
Maykl Keyn (1933) ingilis aktyor, prodüser və yazıçıdır. Keyn uzun karyerası dövründə iki "Oskar" və üç "Qızıl Qlobus" mükafatını qazanaraq yüzdən çox bədii filmdə oynayıb.
Maykl Keyn
Pavel Volya (1979) - rusiyalı artist, teleaparıcı, aktyor, "Comedy Club"un rezidentidir. O, "Qaydasız gülüş", "Mahnılar", "İmprovizasiya" və digər televiziya proqramlarının keçmiş aparıcısıdır.
Pavel Volya
Martın 14-də dünyada baş verən tarixi hadisələr
1839-cu ildə həmkarları qarşısında danışan ingilis kimyaçısı Con Herşel ilk dəfə olaraq "fotoqrafiya" terminindən istifadə edib.
1900-cü ildə ABŞ-da Qızıl Standartı haqqında Qanuna əsasən kağız və metal pullar qızılla təmin edilib.
1956-cı ildə Çikaqoda Milli Yayımçılar Assosiasiyasına "Ampex VRX-1000" videomaqnitofonu (sonradan "Mark IV" adlandırılıb) təqdim edilib. Bu, praktiki istifadə üçün uyğunlaşdırılmış ilk videomaqnitafon olub ki, çoxları bunu böyük bir texnoloji irəliləyiş kimi qiymətləndirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.