BAKI, 12 mart — Sputnik. Rusiya Dövlət Duması Almaniyanın yüksək rütbəli hərbçilərinin Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı müzakirəsi ilə əlaqədar Bundestaqa müraciət təqdim edib.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında qeyd edib.
"Hər kəs başa düşməlidir ki, bu cinayət almanların özləri üçün ən ağır nəticələrə səbəb olacaq. Rusiya Federasiyasında texnoloji cəhətdən xarici silahlardan üstün və onların ərazisində istənilən hədəfi vurmağa qadir olan silahlar var" - nəşrdə yazılıb.
Volodin vurğulayıb ki, bu cür mülahizələr əslində Almaniyanı Üçüncü Dünya Müharibəsinə sürükləyir. Spikerin sözlərinə görə, Bundestaq deputatları faciənin qarşısını almaq üçün öz hərbi-siyasi rəhbərliyinin cinayətlər hazırlamasından xəbərdar olmalıdırlar.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, alman zabitləri arasında Krım körpüsünə "Taurus" raketləri ilə mümkün hücumla bağlı söhbət Almaniyanın Rusiya ilə birbaşa münaqişəyə hazırlaşmasından xəbər verir.