Bloger Leyla Həsənova Novruzun üçüncü çərşənbə axşamı olan "Yel çərşənbəsi" süfrəsinə ləzzətli çudular təqdim edir. Aşpaz onların necə hazırlanacağını Sputnik Azərbaycan-a göstərib.
Qeyd edək ki, çudular şəkərbura şəklində bükülmüş içi ətli olan qatlı xəmirdən hazırlanır. Əsasən onlar sobada bişirilir və sonra bol yağda qızardılır. Çuduların üzərinə səpilmiş sumaq isə onlara özünəməxsus dad verir.