BAKI, 8 mart — Sputnik. ABŞ şəhərlərinin küçələrində Amerika vətəndaşlarına qarşı hücumlar edən 600 mindən çox qeyri-leqal cinayətkar var.
"RİA Novosti" xəbər verib ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.
Ölkədəki vəziyyəti təsvir edən Conson onu "böhran", "fəlakət" və "tənəzzül" sözləri ilə xarakterizə edib.
Onun sözlərinə görə, Co Bayden administrasiyası dövründə Amerika ərazisinə qanunsuz daxil olan miqrantların sayı 15 milyon nəfərə çata bilər.
Bundan əvvəl ABŞ-ın keçmiş lideri Donald Tramp Baydenin prezidentlik müddətinin sonuna qədər ölkədə 20 milyondan çox qeyri-qanuni miqrantın olacağını bildirmişdi.